İlk bot-vəkil işə başlayıb 2017-07-14 12:45:00 / MARAQLI MƏLUMATLAR

ABŞ və Böyük Britaniyada dünyada ilk bot-vəkillər fəaliyyətə başlayıb.

Böyük Britaniya sahibkarı Coşua Brauder bot-vəkilləri uzun müddətdir hazırlayıb. Brauder botları ABŞ-ın bütün ərazisində istifadəyə verməzdən öncə onların Nyu-York, Sietl (Vaşinqton) və Böyük Britaniyada sınaqlarını keçirib. Hazırda pulsuz onlayn-məsləhətlərin verilməsi üçün süni intellektdən istifadə edən bot-vəkillər lazımlı hüquqi informasiya əldə etməyi arzu edən bütün amerikalılar üçün əlçatandır.

hi-news.ru saytının məlumatına görə, ilk vaxtlar Brauderin tətbiqi insanlara avtodayanacaq üçün cərimələrlə bağlı kömək edirdi. O, ötən il 160 min işi həll edə bilib. Hazırda DoNotPay botları əhəmiyyətli dərəcədə təkmilləşib və müxtəlif hüquq sahələri üzrə məsələlərə aydınlıq gətirir. Proqramın dünya görüşünün genişləndirilməsini üçün istehsalçı hüquqşünasları işə götürüb. 

Hazırda bu xidmət sığorta, aviareysin ləngiməsinə görə kompensasiya problemlərini həll etməyə kömək edir, həmçinin mülki məsələləri aydınlaşdırır.

Bot hər məsələ haqqında informasiya toplayır, istifadəçilərlə ünsiyyət saxlayaraq əldə olunmuş və təhlil edilmiş məlumatlar əsasında öyrənir və nəticələr çıxarır. Süni intellekt istifadəçidən lazımlı məlumatları əldə edərək hətta iddia mətnini də təşkil edə bilər. O, gələcək üçün bəzi tövsiyələr vermək imkanına malikdir.

Qeyd edək ki, bot hələ ki, savadlı və istedadlı hüquqşünaslar qədər dəyərli hüquq məsləhətlər verə bilmir. Onun bəzi “kolleqaları” artıq banklarda və şirkətlərdə gündəlik işlərlə məşğul olur və mütəxəssislərə daha mürəkkəb məsələlərdə kömək edirlər. Lakin robot-vəkillərin insanları tam olaraq əvəzetməsi barədə danışmaq hələ ki, tezdir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017