İnsanlar üçün nəzərdə tutulmayan yol nişanları 2017-06-13 12:00:00 / MARAQLI MƏLUMATLAR

Münhendə (Almaniya) yerləşən avtostradada (ikitərəfli avtomobil yolu) sürücülərə tanış olmayan ağ-qara rəngli yol nişanları yerləşdirilib. Hər 2,5 km-dən bir yerləşdirilmiş 13 yol nişanı sürücüsüz avtomobillər üçün nəzərdə tutulub.

“Наука и жизнь” jurnalının məlumatına görə, bu nişanlar yolun qeyd olunan hissəsində sınaqdan keçirilir. Onlar avtomobili idarə edən kompüterin avtomobilin olduğu yeri santimetrə qədər dəqiqliklə müəyyən etməsinə xidmət edir. Nişanlar GPS peyklərindən məlumatların dəqiqləşdirilməsi üçün nəzərdə tutulub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024