Süni intellekt “The New York Times”ın ictimai redaktoru vəzifəsini icra edəcək 2017-06-09 15:00:00 / MARAQLI MƏLUMATLAR

Amerikanın ən böyük informasiya nəşri olan “The New York Times”ın ictimai redaktoru vəzifəsini süni intellekt yerinə yetirəcək.

3dnews.ru saytının məlumatına görə, nəşrdə ictimai redaktor vəzifəsi 2003-cü ildə Ceyson Bleyrin məqalələrində plagiatın aşkar edilməsi nəticəsində təsis edilib. Məqsəd qəzet abunəçiləri üçün şəffaflığın təmin edilməsi idi. Redaksiyada 14 il ərzində 6 ictimai redaktor fəaliyyət göstərib, lakin hazırda bu vəzifəni icra edən Liza Spayd sonuncu olacaq.

“Bizim sosial şəbəkələrdə abunəçilərimiz və İnternetdə oxucularımız bir insanın ola biləcəyindən daha ayıq və güclü, müasir nəzarətçi kimi xidmət etmək üçün bir araya toplaşıblar”, – deyə nəşriyyat imperiyasının sahibi Artur Oks Sülsberqer bildirib.

Qeyd edib ki, “The New York Times” nəşri redaktor Hanna İnberin idarə edəcəyi yeni “Oxucu mərkəzi”ni istifadəyə verəcək. Onun vasitəsilə nəşrin əməkdaşları ictimaiyyətin sual və rəyləri, problemləri, şikayətləri və digər sorğularına birbaşa reaksiya verə biləcəklər.

“The New York Times”ın şərhetmə sistemi “Conversation AI” – “Google” şirkətinin “Jigsaw” müəssisəsi tərəfindən hazırlanmış süni intellekt sistemi əsasında işləyir. Sistem saytdakı materialların təxminən 10 faizinə nəzarət edir. Lakin proqram artıq bütün məqalə və xəbərlərə praktik olaraq tətbiq ediləcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024