“Apple” ən güclü stolüstü kompüterini təqdim edib 2017-06-06 14:00:00 / MARAQLI MƏLUMATLAR

“Apple” korporasiyası “Mac”ın bütün kompüterlərindən güclü olan yeni “iMac Pro” stolüstü kompüterini təqdim edib. O, müxtəlif modifikasiyalarda 8 və 18 nüvəli Xeon prosessoru, eləcə də qrafika, video və onlayn-oyunlar üçün güclü elektron içliklə təchiz edilib.

Şirkətin vitse-prezidenti Con Ternus bildirib ki, istehsalçılar kompüteri 27 düym diaqonal ekranlı “iMac Retina 5K” dizaynının qabığına yerləşdiriblər. Hesablama gücü 22 teraflops olan kompüter 128 Gb əməli yaddaşı dəstəkləyir.

mir24.tv saytının məlumatına görə, qurğu 2017-ci ilin dekabrında satışa çıxarılacaq. Tünd boz (space gray) rəngdə təqdim olunması nəzərdə tutulan yeni “iMac Pro”nun ABŞ-da başlanğıc qiyməti 4999 dollar təşkil edəcək.

Qeyd edək ki, şirkət, həmçinin 10,5 düym diaqonal ekran və qısaldılmış yan çərçivələrə malik yeni “iPad Pro”nu təqdim edib. Planşetin dəyəri 649 dollardan 949 dollara qədərdir. Satışlara gələn həftədən başlanılması nəzərdə tutulsa, qurğunu öncədən sifariş etmək də mümkündür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024