Azərbaycan Milli Elmlər Akademiyası

Informasiya Texnologiyaları İnstitutu

24 İyun, Şənbə, 2017

Hörmətli istifadəçi !
AzScienceNet elm kompüter şəbəkəsinin OwnCloud xidməti bölməsinə xoş gəlmisiniz! OwnCloud xidməti sizə vacib məlumatların saxlanılması üçün yaddaş resursları təqdim edir. Siz, kompüterinizin yaddaşı kifayət etmədikdə və ya xüsusi əhəmiyyətli faylları daha təhlükəsiz yerdə saxlamaq istədikdə bizə müraciət edə bilərsiniz. Xidmət pulsuzdur və yalnız AMEA-nın institut və ya təşkilatları üçün nəzərdə tutulub. Bu xidmətdən istifadə etmək üçün aşağıdakı müraciət formasını doldurmalı və açılan məktubu rəsmi blankda çap edərək, institutun və ya təşkilatın rəhbəri imzaladıqdan sonra İnformasiya Texnologiyaları İnstitutuna göndərməlisiniz. Sizin xidmətdən istifadə etməyinizi asanlaşdırmaq məqsədi ilə aşağıdakı keçidlərdə istifadəçi təlimatları qoyulmuşdur. Xahiş edirik bu təlimatlarla tanış olasınız.

AzScienceNet elm kompüter şəbəkəsinin OwnCloud xidmətindən istifadə etmək üçün müraciət forması

 

OwnCloud xidmətini mobil qurğulardan da qoşularaq istifadə etmək mümkündür. Bunun üçün android əməliyyat sistemli cihazlar "Play Store", ios əməliyyat sistemli cihazlar isə "App Store"dan OwnCloud tətbiqini endirərək xidmətə qoşula bilərlər.


Texniki məsələlər və hər hansı bir problemlə bağlı əlaqə saxlamaq üçün:
E-mail: admin@science.az
Telefon: 012-510-29-35