Azərbaycan Milli Elmlər Akademiyası

Informasiya Texnologiyaları İnstitutu

28 Aprel, Cümə, 2017

 

AzScienceNet şəbəkəsində e-poçt xidməti yaradılmışdır. AMEA İnformasiya Texnologiyaları İnstitutunun  İNTERNET mərkəzində AzScienceNet-in e-poçt xidməti üçün Mail-server quraşdırılmış və işə sazlanmışdır . Bu Mail-server AzScienceNet istifadəçilərinə xidmət edir. Mail-serverdə istifadələrə poçt qutuları yaratmaq, dəyişikliklər etmək üçün CommuniGate Pro proqram təminatı yazılaraq işə salınmışdır. AzScienceNet şəbəkəsində təmsil olunan AMEA-nın institut və təşkilatlarının sayı 35-dir. 2100-dən çox fərdi kompyuter AzScienceNet şəbəkəsinə qoşulub. Hazırda e-poçt xidmətindən yararlanan istifadəçilərin sayı isə 1500-dür. Onların hər birinə Mail-serverdən 1Gbayt yaddaş həcmdə poçt qutusu yeri ayrılmışdır.                                 

       AzScienceNet-ə qoşulan hər bir abonent işlədiyi institut və təşkilatın adına uyğun domenlərlə indentifikasiya olunmuşdur. Məsələn, depart1@iit.ab.az – İnformasiya Texnologiyaları institutunun 1-ci şöbəsi, depart2@physics.ab.az – Fizika İnstitutunun 2-ci şöbəsi, depart3@eco.ab.az – İqtisadiyyat İnstitutunun 3 saylı şöbəsi və s. Bu cür identifikasiya olunmuş domen adlar AMEA institut və təşkilatlarının arzu və təklifləri əsasında yaradılmışdır. AMEA institut  və təşkilatlarının kompyuter istifadəçilərinin poçt ünvanlarını aşağıda göstərilən domenlər (cədvəl 1) üzrə yaratmaq imkanı var:

Cədvəl 1

aak.ab.az gia.ab.az
arch.ab.az history.ab.az
azmiu.ab.az ict.ab.az
baku.ab.az iit.ab.az
cert.ab.az ikt.az
cert.az itpcht.ab.az
cyber.ab.az itsc.ab.az
dcacs.ab.az lan.ab.az
dsacs.ab.az lit.ab.az
eco.ab.az phill.ab.az
elm.az nce.az
geo.ab.az shao.ab.az

 

 

 

AzScenceNet-in Mail-serverində hər bir istifadəçinin poçt qutusundan məktublara 30 Mbayt həcmli müxtəlif tipli fayllar (mətnlər, şəkillər, audio və videolar) qoşaraq göndərmək olur. E-poçt vasitəsi ilə qəbul edilən faylların həcminə isə Mail-serverdə məhdudiyyət qoyulmayıb.

Hər bir istifadəçi öz işçi kompyuterində e-poçt üçün nəzərdə tutulan proqram təminatlarından (Outlook Express, Microsoft Outlook, The Bat və s.), eləcə də, istənilən veb-interfeysdə (Internet Explorer, Opera, Mozilla və s.)  http://webmail.ab.az linkindən  istifadə edərək Mail-serverdən özlərinə aid məktubları qəbul edə və göndərə bilər. Hazırda AzScienceNet şəbəkəsində Milli Elmlər Akademiyasının hər bir istifadəçisi üçün ödənişsiz poçt xidməti göstərilir.

       Elmlər Akademiyasının hər bir təşkilatı üçün ayrıca domen yaradılıb. Yeni domenlərin qeydiyyatı ilə əlaqədar İnformasiya Texnologiyaları İnstitutuna müraciət etmək lazımdır. İstifadəçi  öz kompyuterində poçt proqramını işə salmaq üçün aşağıdakı parametrlərdən istifadə etməlidir:

       Poçt məsafədən qutusunu yoxlamaq mümkündür. Bunun üçün http://webmail.ab.az ünvanına daxil olmaq lazımdır. Elektron poçt xidmətinin veb-interfeysinə daxil olarkən, istifadəçi adınızı, parolunuzu və təşkilata məxsus olan domen adını seçib sistemə daxil ola bilərsiniz.