Azərbaycan Milli Elmlər Akademiyası

Informasiya Texnologiyaları İnstitutu

24 İyun, Şənbə, 2017

 

Məqsədi

“AzScienceNet şəbəkəsindən İstifadə siyasəti”nin (bundan sonra Siyasət) məqsədi AzScienceNet şəbəkəsinin resursları və xidmətlərinin Azərbaycan Respublikasının elmi qurumlarında həyata keçirilən elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həllində məqsədyönlü və təhlükəsiz istifadəsini təmin etməkdir.

 

1. Ümumi müddəalar

1.1. AzScienceNet şəbəkəsi elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həllində istifadə üçün nəzərdə tutulmuşdur.

1.2. Siyasət AzScienceNet şəbəkəsindən istifadə qaydalarını və şərtlərini müəyyən edir.

1.3. Siyasət AzScienceNet şəbəkəsinin bütün istifadəçilərinə şamil edilir.

1.4. Siyasət, həmçinin AzScienceNet şəbəkəsinin nəzarətində olan və təyinatından asılı olmayaraq (idarəetmə, tədris, elmi-tədqiqat və s.) bütün kompüterlərə, noutbuklara, serverlərə, kommunikasiya avadanlıqlarına, proqram təminatı vasitələrinə və şəbəkə xidmətlərinə tətbiq edilir.

1.5. Siyasət mövcud Azərbaycan Respublikasının Konstitusiyasına, qanunvericiliyinə, hamılıqla tanınan beynəlxalq hüquq prinsiplərinə və normalarına əsaslanır.

1.6. Siyasətin hazırlanması zamanı beynəlxalq təcrübədən yəni, şəbəkədən istifadə siyasətindən ( ing. Acceptable Use Policy, AUP) istifadə edilib.

1.7. Siyasətin həyata keçirilməsi üçün AzScienceNet şəbəkəsinin administratoru bilavasitə məsuliyyət daşıyır.

1.8. AzScienceNet şəbəkəsinin hər bir istifadəçisi bu Siyasətlə tanış olmalıdır.

 

2. AzScienceNet şəbəkəsindən istifadə zamanı yolverilməz əməllər.

 

2.1. Kompüter viruslarının bilərəkdən yüklənməsi, yaradılması və şəbəkəyə ötürülməsi.

2.2. AzScienceNet şəbəkəsinin digər istifadəçilərin kompüterlərinə icazəsiz giriş və ya imtiyazlar əldə etmək cəhdi, onlara məxsus verilənlərin, proqramların və ya faylların məhv edilməsi və yaxud dəyişdirilməsi.

2.3. AzScienceNet şəbəkəsinin kompüterlərinə nüfuz edən, digər istifadəçilərin işini çətinləşdirən ziyankar proqramların istifadəsi.

2.4. AzScienceNet şəbəkəsinin trafikini qanunsuz araşdırmaqla parolların, şəbəkə boşluqlarının aşkarlanması cəhdləri. 

2.5. AzScienceNet şəbəkəsinin digər istifadəçilərin parolundan istifadəsi və yaxud öz parolunun ümumi istifadəyə verilməsi (bu halda parol sahibi məsuliyyət daşıyır).

2.6. AzScienceNet şəbəkəsinin avadanlıqlarına, kommunikasiya xətlərinə və proqram təminatı vasitələrinə qarşı istənilən formada vandalizm hərəkətlərinin həyata keçirilməsi, təhlükəsizlik tədbirlərini və ya idarəetmə vasitələrini hər hansısa bir formada təsir etmək cəhdi. 

2.7. AzScienceNet şəbəkəsinin İnternet trafikindən iş fəaliyyətindən kənar məqsədlər üçün israfçılıqla istifadəsi.

2.8. Şəbəkəyə proqram və aparat vasitələrinin (kompüterlər, simsiz rabitə qurğuları, şəbəkə avadanlıqları və s. ) icazəsiz qoşulması.

2.9. AzScienceNet şəbəkəsinin əlaqə kanallarının yüklənməsinə səbəb olan lazımsız informasiyanın kompüterlərə və ya şəbəkə avadanlıqlarına yayılması.

2.10. AzScienceNet şəbəkəsinin vasitəsi ilə spamların və anonim e-poçt məlumatlarının göndərilməsi.

2.11. AzScienceNet şəbəkəsinin resurslarına icazəsiz girişlərə, şəbəkə hücumlarının həyata keçirilməsinə və şəbəkənin “sındırılmasına” cəhdlər.

2.12. AzScienceNet şəbəkəsinin elementlərinin (kompüterlərin, serverlərin, şəbəkə kommunikasiya avadanlıqlarının və onların proqram təminatı vasitələrinin) fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlər.

2.13. AzScienceNet şəbəkəsində, həmçinin İnternetdə istifadə edilən IP ünvanların saxtalaşdırılması (IP spoofing).

2.14. AzScienceNet şəbəkəsinin resurslarının pornoqrafik və ya təhqiredici şəkillərin, videoların yaradılmasında, yüklənməsində və ötürülməsində, həmçinin qanuna zidd digər əməllərin həyata keçirilməsində istifadəsi.

2.15. AzScienceNet şəbəkəsinin resurslarının fırıldaqçılıq, maddi mənfəət əldə etmək, kommersiya fəalliyəti ilə və yaxud istənilən qanunsuz fəaliyyətlə məşğul olmaq üçün istifadəsi.

  

“İstifadə siyasətinin” yaradılması zamanı müraciət olunan sənədlərin siyahısı:

 

1. Computer & Network Resources Usage Agreement by Harvard Law School

http://hls.harvard.edu/dept/its/its-policies/usage-policy/

 

2. Escal Institute of Advanced Technologies

https://www.sans.org/security-resources/policies/general/pdf/acceptable-use-policy

 

3. The University of Malta

http://www.ricerka.net.mt/aup/RicerkaNetAUP.pdf

 

4. A Foundation for National Scientific Computing of Portugal

http://geant1.archive.geant.net/upload/pdf/FCCN_AUP.pdf