Hörmətli istifadəçi !
AzScienceNet elm-kompüter şəbəkəsinin “Cloud Computing” bölməsinə xoş gəlmişsiniz! Azərbaycanda ilk dəfə qurulan Cloud Computing xidməti sizə böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin qısa müddət ərzində həlli üçün virtual hesablama maşınları təqdim edir. Xidmət ödənişsizdir və yalnız AMEA-nın institut və təşkilatları üçün nəzərdə tutulmuşdur. Xidmətdən istifadə etmək üçün aşağıdakı formanı dolduraraq təsdiq etmək və nümunəyə uyğun şəkildə rəsmi blankda çap olunmuş məktubla İnformasiya Texnologiyaları İnstitutuna müraciət etmək lazımdır.


AzScienceNet elm-kompüter şəbəkəsinin Cloud Computing xidmətindən istifadə etmək üçün müraciət forması:
 
Nümunə

Serverin tipi Virtual hesablama tipi (vCPU) Virtual operativ yaddaş (vRAM) Yaddaş (HDD)
m1.tiny (ən kiçik) 2 2048 MB 50 GB
m1.small (kiçik) 4 4096 MB 100 GB
m1.medium (orta) 8 8192 MB 200 GB
m1.large (böyük) 16 8192 MB 500 GB
m1.xlarge (ən böyük ) 24 16384 MB 1024 GB

Aşağıdakı məsələlərə diqqət edilməlidir:
  • Virtual resurs yalnız təyinatı üzrə istifadə olunmalı və hansı məqsəd üçün istifadə olunacağı öncədən qeyd edilməlidir.
  • İstifadə müddəti müəyyənləşdirilməlidir. Əgər uzun fasilə ilə istifadə olunacaqsa, bu barədə administrator xəbərdar edilməlidir ki, resurslar səmərəli istifadə olunsun.
  • Müraciət rəsmi formada elektron poçt vasitəsilə göndərilməli və institutun yaxud Akademiyanın rəsmi elektron poçt ünvanından yazılmalıdır.
  • Məktub təsdiqləndiyi andan etibarən 2 iş günü ərzində virtual resurslardan istifadə təmin olunacaqdır.
  • Hər hansı bir gecikmə baş verərsə, müraciət edən şəxsə bu barədə məlumat veriləcək.
  • Qoşulmalar Windows əməliyyat sistemlərinə rdc (Remote Desktop Connection), Unix/Linux əməliyyat sistemlərinə isə ssh (Secure SHell) proqramı vasitəsilə həyata keçirilir.

Texniki məsələlər və hər hansı bir problemlə bağlı əlaqə saxlamaq üçün:
E-poçt: admin@science.az
Telefon: 012-510-29-35
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017